SON XƏBƏR

Rusiyaya məxsus təyyarə Qazaxıstanda saxlanılıb

İyun 29
12:24 2022
Rusiyanın "Volga Dnepr Airalines” hava şirkətinin RA-82074 bort nömrə nişanlı təyyarəsi Qazaxıstanın Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

"Report” "Tengrinews.kz”a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Dövlət Gəlirlər Komitəsi yayıb.

Qeyd olunub ki, təyyarə Çinin Urumçu şəhərindən Nur-Sultanda dayanmaqla Rusiyanın paytaxtı Moskvaya uçurmuş.

Komitənin məlumatında bildirilib ki, təyyarənin heyəti və onların nümayəndəsi gömrük əməliyyatlarının aparılması üçün uyğun sənədləri və məlumatları müəyyən edilmiş müddətdə təqdim etməyib: "Buna görə onlara iyirmi aylıq hesablama göstəricisi məbləğində cərimə nəzərdə tutulub”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook