SON XƏBƏR

Rusiya XİN Qarabağdakı gərginliyə münasibət bildirib

Avqust 04
16:37 2022
Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki gərginliyə münasibət bildirib.

"Report” TASS-a istinadən xəbər verir ki, nazirlikdən regiondakı gərginlikdən narahat olduqlarını bildiriblər.

"Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - XİN-dən qeyd olunub.

XİN-dən bildirilib ki, Rusiyanın ali rəhbərliyi, həmçinin nazir Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook