SON XƏBƏR

"Rusiya qoşunları mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutur" - Ukrayna BQ

May 26
10:28 2022
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiya qoşunlarının anbarına və 10-dək yüngül zirehli texnikanın yerləşdiyi mövqelərinə zərbə endirib, "Orlan-10” tipli 5 PUA-sını məhv edib.

"Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rəsmi informasiyaya görə, son sutkada Donetsk və Luqansk vilayətləri istiqamətlərində Rusiya ordusunun 10 hücumunun qarşısı alınıb, 4 tank, iki artilleriya sistemi, döyüşçülərin zirehli maşını, avtomobil və xüsusi texnikası məhv edilib.

Bundan başqa, Ukraynanın hava hücumundan müdafiə bölmələri rəqibin iki qanadlı raketini vuraraq sıradan çıxarıb.

Baş Qərargahdan bildirilib ki, Rusiya qoşunları Ukraynanın Krivoy Roq bölgəsi istiqamətində Nikolayevka yaşayış məntəqəsinə uğursuz hücum edib. Rəqib Osokorivki, Trudolyubka və Dobryanka rayonlarındakı yaşayış məntəqlərini, mülki obyektləri atəşə tutub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook