"Rusiya bir daha Qərbə heç vaxt etibar etməyəcək" - Peskov
İyun 21
11:16
2022
Rusiya bir daha Qərbə heç vaxt etibar etməyəcək.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu bazar ertəsi efirə gedən NBC telekanalına müsahibəsində Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bəli, uzun bir böhran olacaq. Biz bir daha Qərbə heç vaxt etibar etməyəcəyik”, - deyə Peskov bildirib.
Müsahibəni aparan jurnalist Keir Simmons Peskovla söhbətin bir saatdan çox davam etdiyini deyib.