SON XƏBƏR

Rusiya Açıq Səma Müqaviləsindən çıxdı

Dekabr 18
10:20 2021
Dekabrın 18-dən Rusiya Açıq Səma Müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini dayandırıb. 
 
Qaynarinfo xəbər verir ki, bu qərar iyunun 18-də məlum olub.

Həmçinin Rusiya ilə birlikdə bir sıra digər ölkələr, o cümlədən Belarus da müqaviləni tərk edib. Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Müqaviləni qorumaq üçün əlindən gələni etdiyini vurğulayıb.

Açıq Səma Müqaviləsi 1992-ci ilin martında ATƏT-ə üzv dövlətlər tərəfindən imzalanıb. Müqavilə dövlətlərin müşahidə uçuşları üçün hava məkanına maneəsiz çıxışını nəzərdə tutur.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook