SON XƏBƏR

“Roscosmos” NASA rəhbərini danışıqlar aparmaq məqsədilə Rusiyaya dəvət edib

May 26
10:05 2021
"Roscosmos” dövlət korporasiyası ABŞ Milli Aerokosmik Agentliyin (NASA) rəhbəri Bill Nelsonu danışıqlar aparmaq məqsədilə Rusiyaya dəvət edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Dmitri Roqozin "Twitter” hesabında yazıb.

NASA rəhbəri ilə görüşdən məmnun qalacağını qeyd edən Roqozin bildirib ki, danışıqlar zamanı kosmosdakı əməkdaşlığın bütün məsələlərini açıq və konstruktiv şəkildə müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ Konqresinin Senatı bu ilin aprel ayının sonunda Bill Nelsonun NASA rəhbəri vəzifəsinə namizədliyini yekdilliklə təsdiqləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook