SON XƏBƏR

Rəsmi Moskvadan Qarabağ açıqlaması

İyul 21
16:22 2021
Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi prosesi yaxşı gedir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşı gedir. Bilirsiniz ki, üçtərəfli müqavilələrin özü Prezident Putinin birbaşa iştirakı ilə bağlanıb və bunlar yenə də Putinin çox yüksək iştirakı ilə həyata keçirilir. O, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla və Azərbaycan Prezidenti İlham Əliyevlə daim əlaqə saxlayır. Hazırda isə əldə edilmiş razılaşmaların tətbiqi və icrası ilə məşğuluq", - Peskov vurğulayıb.

Kremlin sözçüsü Fransanın Qarabağ məsələsinin nizamlanmasına qoşulmaq niyyəti ilə bağlı sualı bu cür cavablandırıb: "Vasitəçilərin səyləri sülh və sabitlik gətirərsə, bu, yalnız müsbət qarşılana bilər".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook