SON XƏBƏR

Rəşad Mahmudov – Tanrının bizə bəxş etdiyi ən böyük hədiyyə!

Yanvar 17
22:48 2022
O, taleyimiz, bəxtimiz və ən əsası sağlamlığımız üçün Tanrının bizə bəxş etdiyi ən böyük hədiyyə, dəyərdir. 

O, işlədiyi sahədə bizim son ümidimiz, son şansımızdır. 

Təqdim edəndə, danışanda biz dostları növlərə bölürük: bu, mənim yaxın, uzaq, daha əziz, nə bilim, ailəvi dostumdur. 

Amma onu tam fərql təqdim edirik, daha səmimi, daha zövq və şövq ilə. Adını, soyadını eşidəndə, kiməsə haqqında danışanda bizim ürək dostumuzdur, ürəyimizin dostudur deyirik ona. Bu da təsadüfi deyil. Ürəyimizin içini, çölünü, sevgisini, nifrətini məhz, o hamıdan daha yaxşı bilir, hiss edir, görür, ürəyimizin ağrı-acısını, sıxıntısını duyur! 

Söhbət dərin savadı, fitri istedadı və modern intellekti ilə ürəyimizi fəth edən, orada özünə saray quran, hamımızın sevimlisi, tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudovdan gedir! 

O ürəyimizi bizdən narahat  alıb bizə rahat halda verən həkimdir. Ürəyimizin ən etibarlı sirdaşıdır.

Rəşad Mahmudov Azərbaycan səhiyyəsinə o vaxt gəldi ki, nə qədər müasir olsaq da, amma yenə də mövhumatın qatı qaranlığında, zehni kütləşmiş, ölü halında olan insanlar hələ də yaşayırdılar, nə yazıq ki, elə indi də o tip insanlara rast gəlmək mümkün. 
 
Gənc, orta, yaşlı əzizlərini itirmiş insanlar hələ də cin vurmuşdu, kürəyi, barmaqları qapqara idi deyirdilər. Yaxud da, ürəyində problemi olan insanlara xüsusi münasibət göstərilirdi ki, onsuz tez öləcək, ürək ürəkdir, əməliyyat olunmur,  olsa belə, cərrah stolunda keçinəcək. Hələ bir sağlığında qohum-əqrabasına erkən başsağlığı da verirdilər. 

Acı da olsa, biz bunları yaşamışıq. 

İkinci dünya savaşının son hadisələri təkcə gündoğar ölkə üçün deyil, dünya ictimaiyyəti üçün şok effekti yaratdı. ABŞ Yaponiyanın iki böyük şəhərinə nüvə başlıqlı aviazərbə endirdi. Kütləvi insan qırğını və onun fəsadları bugünkü günümüzdə belə müzakirə olunur. İlk olaraq Yaponiya hökumətini bir sual düşündürdü. Biz bunun qarşısını niyə ala bilmədik? Yəqin elmi potensialımız buna imkan vermədi. Beləliklə, hökumət beyin mərkəzlərinin dəqiq təhlili ilə qərar qəbul edir. Dövlət büdcəsinin böyük bir hissəsi təhsilə, insan kapitalına yönləndirilir. Nəticə etibari ilə, qısa bir müddətdən sonra dünya insan kapitalını prioritet seçən və bu uğurlu seçimdən sonra sürətlə inkişafda olan Yaponiyaya həsəd aparmağa başladı. Yaponiya dəyişdi. 

Eyni ilə qardaş Türkiyədə, Turqut Özal dönəmi – insan kapitalına yönəldilən sərmayə və bu gün dronlarla səmadan dünyaya yuxarıdan aşağıya baxan qüdrətli Türk dövləti! 

1991-ci ildə müstəqil Azərbaycan bu prosesə qoşuldu. Ümmummilli lider Heydər Əliyev bu sahəyə böyük önəm verdi, dəqiq hesablamalar apardı, baxmayaraq dövlətimiz o zaman çox kasıb idi. Amma ulu öndər insan kapitalına dövlətin bel sütunu kimi yanaşaraq ciddi və səmərəli, çevik siyasət kursu yürütdü. Nəticəsi göz qabağında:

bütün sahələrdə kifayət qədər savadlı, ixtisaslaşmış fərqli bir mütəxəssis ordusu Azərbaycana gəldi və onlar həyatımızın arzulanan ayrılmaz hissəsinə çevrildilər. Beləliklə, biz bu intelektli ordunun tibb qanadında Rəşad Mahmudovu gördük, tanıdıq və sevdik.

Yerində olmayan ürəyimizi, pərən-pərən olmuş arzularımızı tapdıq. 

Hər şey onunla başladı ki, qonşu, uzaq-yaxın xarici ölkələrin reanimasiyalarından xəstə, narahat ürəyimizi bizimlə düz oturub əyri danışan həkimlərdən alıb Vətənimizə gətirdik. Onu ürəyi ürəyimizdən, canı canımızdan olan Azərbaycan tibbinin işıqlı siması Rəşad Mahmudova verdik və yanılmadıq! Niyə yanılmalıydıq ki?! 
Bu ölkənin ürək ilki şərəflə ürəyimizin keşiyində durdu! Ürəyimizi qorudu, qorunması üçün böyük və bitkin nümunəvi bir ürək məktəbi yaratdı. Təsadüfən bizə münasib xarici ölkəyə səfər edəndə, o ölkədə narahat olanda və bu narahatlıq fonunda ürəyimizi yoxlamaq məcburiyyətində qalanda, sizin Rəşad Mahmudovunuz var. Nə əcəb onun yanına getmirsiniz sualını eşidirik. Rəşad Mahmudov təkcə sevdiyi və sevildiyi Vətənində deyil, ölkə hüdudlarından kənarda da dərin hörmət və ehtiramla qəbul olunur, alqışlanır. 

Çünki Rəşad Mahmudov özü məktəbdir. Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində bu nümunəvi məktəbə hələ çox ehtiyac var. Sirr deyil ki, sağlamlıgımızın qoruyucu mələyi Rəşad Mahmudov Azərbaycan səhiyyəsi üçün ürək-damar cərrahiyəsinin müasir modeleni yaradıb, bu model dünya çapında qəbul, təqdir edilir və alqışlanır. 

Buna görə biz istedadlı həkim, professor, səhiyyəmizin piar meneceri kimi şöhrət qazanmış mərhum alimimiz Fəxrəddin Cavadovu qədirbilənlik və sevgi ilə anmalıyıq. Səhiyyəmizin inkişafında xidmətləri olmuş Fəxrəddin müəllimin məhz özünəməxsus seleksiyaçılığı sayəsində Azərbaycanın ürək-damar cərrahiyyəsində hadisə olan Rəşad Mahmudov kəşf edildi və məlum sahəyə novatorluq gətirildi. 

Şübhəsiz ki, xalq sevgisiindən başqa dövlətimiz də doktor Rəşad Mahmudovun xidmətlərini yüksək qiymətləndirir. 

Ölkə başçısı tərəfindən "Tərəqqi” medalına, Heydər Əliyev Fondunun "Qızıl Çinar" mükafatına layiq görülməsi həkimə göstərilən yüksək etimadın bariz nümunəsidir. Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondu fəaliyyətinin 17 ili ərzində səhiyyə sahəsi üçün ayırdığı ilk və hələ ki, tək olan "Qızıl Çinar" mükafatı təkcə məlum sahədə Rəşad Mahmudova verilib. 

Rəşad Mahmudov bizim üçün hər şeydən öncə ürəkdir! Ürək təkcə vacib orqan deyil, həm də sevgi ünvanıdır!

Gəlin ürəklərimizi ürəkdən sevək, onları qoruyaq və dəyər verək!
 
Mehrab Dadaşov



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook