SON XƏBƏR

Rəisi Paşinyan ilə görüşdü

Avqust 05
17:03 2021
Avqustun 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşüb.

Paşinyan Rəisinin parlamentdə andiçmə mərasiminə qatılıb.

Görüş zamanı İran prezidenti ölkəsinin Ermənistanla dostluq münasibətlərinin, eləcə də siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daimi inkişafına böyük önəm verdiyini vurğulayıb. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti yazır.

İki lider ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə dair bir sıra məsələləri müzakirə ediblər. Özəlliklə, Mehri azad iqtisadi zonasının aktiv fəaliyyətinin təminatı, İranın Avrasiya İqtisadi Birliyi ilə azad ticarət rejiminin tətbiqi götür-qoy olunub. Tərəflər regional kommunikasiyanın inkişafını prioritet adlandırıblar. Fars Körfəzindən Qara dənizə qədər nəqliyyat və kabel əlaqəsinin inkişafı bu kontekstdə vacib məsələ sayılır.

Nikol Paşinyan İran tərəfinin Şimal-Cənub avtomagistralının tikintisi layihəsinə marağını alqışlayıb. Onun sözlərinə görə, Ermənistan bu layihənin Sisian-Mehri hissəsi üzrə beynəlxalq tenderdə İranın tikinti şirkətlərinin iştirakının müzakirəsinə hazırdır.

Tərəflər energetika sahəsində əməkdaşlıq imkanlarına da toxunublar.

Paşinyan İranın regionda sülh və sabitliyin bərqərar olmasında davamlı cəhdlərinin vacibliyini qeyd edib.///azadliq.org


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook