SON XƏBƏR

"Real Madrid" liderliyini möhkəmlədib

Aprel 18
03:13 2022
İspaniya La Liqasında XXXII turun mərkəzi görüşü "Sevilya" və "Real Madrid" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Ramon Sançes Pisxuan" stadionunda təşkil olummuş qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.

İlk iki qolu meydan sahiblərindən İvan Rakitiç 21-ci və Erik Lamela 25-ci dəqiqədə vurub.

"Kral klubu" ikinci hissədə geridönüş etməyi bacarıb. Fasilədən dərhal sonra meydana çıxan Rodriqo 50-ci dəqiqədə fərqi azaldıb. 83-cü dəqiqədə Naço Fernandes bərabərlik, 90+2-ci dəqiqədə isə Kərim Benzema qələbə topuna imza atıb.

Bununla da xalını 75-ə çatdıran "Real Madrid" liderliyini möhkəmlədib. "Sevilya" isə "Barselona" ilə birgə 60 xalla 2-3-cü yerləri bölüşür. Lakin Kataloniya komandasının ehtiyatda 2 oyunu var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook