SON XƏBƏR

Ramin Musayev: "Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi”

İyul 16
09:15 2022
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin "Qarabağ”ın "Lex” üzərində qazandığı yüksəkhesablı qələbə barədə açıqlaması gündəm olub.
 
Yeniavaz.com xəbər verir ki, o, bu açıqlamanı Azərbaycan Premyer Liqasının püşkatması zamanı verib:
 
"Belə düşünürdük ki, "Qarabağ” "Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun Qurban Qurbanov "Lex”in adını dəyişib "lox” etdi”.
 
Onun bu sözləri və seçdiyi üslub ciddi müzakirələrə və tənqidlərə səbəb olub.
 
Həmin anların görüntülərini təqdim edirik:

Qeyd edək ki, iyulun 12-də Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” birinci təsnifat mərhələsinin cavab matçında Polşa təmsilçisini böyük hesabla məğlub edib – 5:1. Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzmuşdu.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook