SON XƏBƏR

Ramin Əhmədov: " Dövlət öz işini görür, biz də dəstək olmalıyıq"

Aprel 06
20:23 2020
"Dünya indi həm iqtisadi, həm də mənəvi təzyiqlər altındadır. Azərbaycan da dünyanın pir parçasıdır və bu baxımdan "COVİD-19”-un yaratdığı təlatümlərin ölkəmizə də təsir göstərməsini təbii qarşlamalıyıq. İndi bizim vəzifəmiz dövlətin həmrəylik çağırışlarına səs vermək, hökumətin müəyyən etdiyi qaydalara ciddi şəkildə əməl etməklə Azərbaycanın bu bəlanı az itki ilə adlamasını təmin etməkdir. Eyni zamanda, belə bir vəziyyətdə insanlar bir-birinə əl tutmalı, yardımlaşmalıdır. Dövlətimizin koronavirusla bağlı həyata keçirdiyi yardım proqramlarına biz də dəstək olmalıyıq. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ətrafında daha sıx birləşməliyik və onların çağırışlarına səs verməliyik”. 

Qlobal.az Missiya.Az-a istinadla xəbər verir ki, bu sözləri YAP Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov onun təşkilatçılığı ilə Missiya.Az saytının həyata keçirdiyi yardım aksiyası barədə danışarkən deyib. 
 


YAP rəsmisi qeyd edib ki, aksiya ölkə başçısı İlham Əliyevin çağırışlarından irəli gələrək təşkil olunub. "Əlbəttə ki, insanların yardıma ehtiyacı olduğu vaxtda onların köməyinə ilk növbədə dövlətimiz çatır. Bu gün koronavirusla mübarizə aparan ölkələr arasında Azərbaycan həyata keçirdiyi genişmiqyaslı tədbirlərlə diqqət çəkir, nümunələr yaradır. Ayrılan vəsaitlərin miqdarı da dediklərimizin sübutudur. Koronavirusun yaratdığı iqtisadi çətinlikləri də dövlət öz üzərinə götürüb. Amma belə vəziyyətlərdə hər bir imkanı olan Azərbaycan vətəndaşı da insanlara yardım etməli, onların problemlərinin həllinə çalışmalıdır. Missiya.Az saytı da aksiyanı bu niyyətlə keçirir. Bu günlərdə vətəndaşlarımızın yardıma, xüsusi qayğıya çox ehtiyacı var. Biz ahıl, tənha insanların, aztəminatlı ailələrin problemlərinin həllində dövlətimizə yaxından kömək etməyi ən ümdə missiyamız hesab edirik”. 
 
 

Bu tip aksiyaların sırasının daha da genişlənməli olduğunu deyən Ramin Əhmədov qeyd edib ki, xeyirxahlıq, insanpərvəlik hər bir azərbaycanlının soykökündə, həyat tərzində mühüm yer tutur. "Biz bu adət-ənənəni bu gün də yaşatmalıyıq. Həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı daim birliyə, həmrəyliyə səsləyir. Onlar Azərbaycanda koronvirusa yoluxma faktları aşkarlandıqdan sonra dəfələrlə xalqa müraciət ediblər. Hər bir müraciətlərində vətəndaşlarımıza birlik mesajları verirlər. Biz bu birlik mesajlarından ilhamlanmalıyıq və xalqımıza daha böyük əzmlə xidmət etməliyik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook