SON XƏBƏR

Ramin Əhmədov: "Bütün təşəkkürlər cənab Prezidentə düşür"

Aprel 15
22:16 2020
Prezident İlham Əliyev ötən gün 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəkilli müşavirədə bir çox məqamlara toxunub. 

Ölkə başçısının çıxışında həssas təbəqənin qorunması məsələsinə diqqət ayırmasını xüsusi qeyd etmək lazımdır. 

Prezident yardım aksiyaları təşkil edən, qocalara, tənha insanlara kömək göstərən hər kəsə təşəkkürünü bildirib: "Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara köməklik göstərin... Biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm".

Missiya.Az tərəfindən həyata keçirilən genişmiqyaslı sosial aksiyanın təşkilatçısı olan Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov saytımıza açıqlamasında bildirib ki, həyata keçirilən yardım aksiyaları, əslində dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı addımlarla müqayisədə həm miqyasca, həm də mahiyyətcə çox kiçikdirlər: "Həssas təbəqənin, aztəminatlı ailələrin, ahıl vətəndaşlarımızın qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Təşkilatçısı olduğum, Missiya.Az saytı tərəfindən həyata keçirilən aksiyaya ölkə başçısının çağırışından sonra, xüsusi karantin rejimi elan olunmamışdan əvvəl start verilib. Biz aksiyanı dövlətimizin koronavirusun yayılmasının qarşısı almaq məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək vermək üçün ilə başlamışıq. Yardım aksiyalarımız dövlətin koronavirusla mübarizə yönündə atdığı addımlarla müqayisəolunmaz dərəcədə çox kiçikdir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısı son 2 ayda əhalinin sağlamlığının qorunması üçün milyonlarla vəsait ayırıb, yeni modul tipli xəstəxanaların tikintisi ilə bağlı sərəncam imzalayıb, Koronavirusla Mübarizəyə Yardım Fondu yaradıb. Bir sözlə, Prezident İlham Əliyev koronavirusla mübarizənin Azərbaycan modelini dünyaya nümayiş etdirib”. 

YAP rəsmisi bildirib ki, koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin nəticəsi özünü qısa müddət ərzində göstərib: "Səhiyyə sistemi yüksək inkişaf etmiş Avropa ölkələrinə diqqət yetirək. Köhnə qitənin demək olar ki, bütün ölkələrində atılmış səhv addımlar faciəvi nəticələrə yol açdı. Amma Azərbaycanda vəziyyət tam fərqlidir. Dövlətin həyata keçirdiyi ciddi karantin tədbirləri nəticəsində vəziyyət müsbətə doğru dəyişir. Hər gün yoluxmaların sayı azalır”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook