SON XƏBƏR

Qüsursuz Nitq Korreksiya Mərkəzinin Sumqayıt filialı açıldı - VİDEO

Noyabr 15
17:10 2021
Ölkəmizdə kəkəlmə qüsurunun müalicəsi üzrə tanınan Qüsursuz Nitq Korreksiya Mərkəzi yenilikləri ilə insanlarımızı sevindirməyə davam edir. 

Noyabrın 14-də "Qüsursuz Nitq Korreksiya Mərkəzi”nin Sumqayıt filialı fəaliyyətə başlayıb. Bu barədə Mərkəzin rəhbəri Esmira Qafarova bildirib. 

Vətəndaşlara kəkələmə sahəsində peşəkar yardım göstərən "Qüsursuz Nitq Korreksiya Mərkəzi”nin direktoru Esmira Qafarova qeyd edib ki, Mərkəzin Sumqayıt filialının açılması heç də təsadüfi deyil: 
 


"Biz fəaliyyətimizi uşaqlarda psixoloji problemlərdən yaranan nitq qüsurları və digər problemlərin aradan qaldırılması üçün dövlətimizin bu sahənin inkişafına yönəldilmiş proqramlarına, ölkə rəhbərinin əhalinin fiziki, mənəvi-psixoloji sağlamlığına dair qərar və göstərişlərinə əsasən qurmağa çalışırıq.
 
Məhz ona görə də problemi olan vətəndaşlarımıza daha yaxından kömək etmək və onlara daha yaxın olmaq üçün "Qüsursuz Nitq və Korreksiya Mərkəzi”ninin Sumqayıt filialının açılmasına qərar verdik". 

Qeyd edək ki, "Qüsursuz Nitq və Korreksiya Mərkəzi”nin filialı Sumqayıt şəhəri 2-ci mikrarayon, Bina40/45 (Nizami kinoteatrının yanı) ünvanında yerləşir.
 
Əlaqə:0502883232, 0772883232
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook