SON XƏBƏR

Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Sentyabr 16
08:42 2022
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin "köhlən atlar"ın Fransanın "Nant" komandasını məğlub etməsi ilə bağlı paylaşımına münasibət bildirib.

"Report"un məlumatına görə, mətbuat konfransından sonra jurnalistlərdən biri 50 yaşlı mütəxəssisə ölkə başçısının qarşılaşma barədə paylaşım etdiyini söyləyib.

Təcrübəli baş məşqçi buna "Qarabağ" Azərbaycandır" deyə cavab verib.

Qeyd edək ki, "Qarabağ" "Nant"ı 3:0 hesabı ilə məğlub edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook