SON XƏBƏR

“Qızıl top“u qazanmasam da, xoşbəxt olacağam“ - Salah

Yanvar 12
02:08 2022
"Liverpul"un futbolçusu Məhəmməd Salah fərdi mükafatlara münasibətindən danışıb. 

Qol.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi İngiltərə mətbuatına açıqlamasında karyerasının sonunadək "Qızıl top" qazanmasa belə, xoşbəxt olacağını deyib: 

"Fərdi mükafat qazanmamağım məni həqiqətən narahat etmir. Əlbəttə ki, dünyanın ən yaxşısı olmaq istəyirəm. Bu barədə düşünmədiyimi desəm, yalan ola olar. Amma "Qızıl top" qazanmasam belə, xoşbəxt olacağam . Həyatımda hər şey yaxşıdır, hər şey qaydasındadır. Mən yenidən dünya çempionatına getmək, Afrika kubokunu qazanmaq istəyirəm". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook