SON XƏBƏR

Qiyasın misli, qiyası olmayan xainliyi - düşmənə xilas taktikası verir

Oktyabr 22
14:25 2020
Adamın əli üzündə qalır. Bu qədər işğala, istilaya, qətliama, haqsızlığa məruz qalmış ölkənin vətəndaşı öz xalqının 30 ildən bəri çəkdiyi zülmlərə biganə qalaraq necə düşmənin tərəfini tuta bilər?

Normal ağıla sığacaq hadisə deyil. Hətta bu adam bir azərbaycanlı olmasa, qonşuluqda, yaxud dünyanın o başında yaşayan bir xalqın oğlu olsa belə, işğalçının, qəsbkarın, zülmkaarın xeyrinə danışarsa, yazarsa, onun nə dərəcədə xarab biri olması ortaya çıxar. 

Çox təəssüf ki, aramızda o cür kollaborasionistlər var, onlar düşmən tərəfə keçib bizə güllə atırlar.
 
Belələri hər millətin arasında tapılar. Ermənilərdə də ola bilər, amma indiki durumda heç biri dilinə gətirib deməz. Çünki müharibənin bu vaxtında o cür sözlər söyləmək dövlətə, xalqa meydan oxumaqdır. 

İctimai fəal Qiyas İbrahim son dövrlərdəki fəaliyyəti artıq bütün çərçivələri aşıb. O niyə belə edir, bu cür şeylər yazmağa onu nə vadar edir - indilikdə bilmək çətindir.

Təsəvvür edin ki, bu məxluq uduzmaqda olan erməniyə taktika verir, başqa yerlərdən çəkilin, Dağlıq Qarabağda toplaşın, müqavimət göstərin deyir.

Bu, təkcə "bizdən olmamaq" hadisəsi deyil. Bu, faşistliyintam özüdür. (Musavat.com)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook