SON XƏBƏR

Qazi Sahil Həsənli mənzil və avtomobil ilə təmin ediləcək - AÇIQLAMA

Aprel 20
22:22 2021
Qazi Həsənli Sahil Rauf oğlunun əlilliyinin qiymətləndirilməsi üçün ilk növbədə müvafiq işçi qrup tərəfindən onun əyani müayinəsi aparılıb.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə və Səhiyyə Nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndələrindən ibarət işçi qrup tərəfindən aparılan əyani müayinənin nəticələri və Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədəki diaqnoz əsasında qanunvericiliyə uyğun olaraq Sahil Həsənliyə II dərəcə əlillik (müddətsiz) təyin edilib.

Yəni, əyani müayinənin nəticələri və diaqnoz məlumatları Sahil Həsənlinin aldığı xəsarətin (hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ bazunun yuxarı 1/3-nin travmatik amputasiyasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı güdülü) yalnız II dərəcə əlillik təyinatına əsas yaradır. 

Sahil Həsənliyə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar təyin olunub. Qazimizə müvafiq sosial ödənişlər (təqaüd və müavinət) təyin edilib.

Sahil Həsənlinin də müharibə əlilləri üçün nəzərdə tutulan imtiyaz və güzəştlərdən istifadə, eləcə də mənzillə, avtomobillə təmin olunmaq hüququ var. Hələ ötən ay Sahil Həsənli mənzillə təmin olunmaq üçün qeydiyyata götürülüb və yaxın aylarda mənzillə təmin olunacaq.

Avtomobillə təmin edilmək üçün də növbəyə alınıb və onun avtomobillə təminatı da həyata keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook