SON XƏBƏR

Qazaxıstan Azərbaycanla bu sahədə saziş imzalamaq istəyir

Avqust 16
00:51 2022
Qazaxıstan Azərbaycanla ticarət və iqtisadi əməkdaşlıq haqqında saziş imzalamaq istəyir.

Bu barədə Qazaxıstan hökumətinin qərar layihəsində deyilir.

"Əlavə edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin layihəsi təsdiq edilsin", - deyə qərar layihəsində deyilir.

Sazişl layihəsində bildirilir ki, "tərəflərdən hər biri öz dövlətinin ərazisində və öz dövlətinin qanunvericiliyinə uyğun olaraq, əməkdaşlıq edən təsərrüfat subyektləri üçün əlverişli şərait yaradır və qarşı tərəfin mənafeyinə xələl gətirə biləcək hərəkətlərdən çəkinir". Bundan əlavə, tərəflər "təşkilati hüquqi formasından və mülkiyyət formasından asılı olmayaraq, sahibkarlıq subyektləri arasında birbaşa əlaqələrin qurulmasına töhfə verirlər”.

"Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş çərçivə sənədidir, ticarət, investisiya, sahibkarlıq, tədiyyə balansının qorunması kimi sahələrdə əməkdaşlığın əsaslarını qoyur və tərəflər arasında mövcud ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə imzalanır", - deyə layihədə bildirilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook