SON XƏBƏR

"Qarabağ" "Nant"ı darmadağın etdi

Sentyabr 15
23:00 2022
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II tur start götürəcək.

Qaynarinfo xəbər verir ki, ölkəmizi sözügedən turnirdə təmsil edən  "Qarabağ" da növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı növbəti sınağında Fransanın "Nant" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.

"Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

Qeyd edək ki, qrupun digər matçında "Frayburq" "Olimpiakos"un qonağı olacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) 0:0

Qollar: Ovusu Kvabena, 60, Abdullah Zubir, 65, Marko Yankoviç, 73

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 11. Ovusu Kvabena.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao, 7. Riçard Almeyda, 77. Ramil Şeydayev, 27. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov

"Nant": 1. Alban Lafont, 2. Fabio, 21. Jan-Şarl Kastelletto, 4. Nikola Pallua, 24. Sebastyan Korçia, 17. Mussa Sissoko, 10. Ludovik Blas, 8. Samuel Mutussami, 27. Mozes Simon, 14. İqnatius Qanaqo, 31. Mustafa Məhəmməd.

Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç 11. Markus Koko, 55. Abdul-Kader Bamba, 3. Andrey Cirotto,5. Pedro Çirivelya, 7. Evann Gessan, 12. Dennis Appia, 29. Kenten Merlen
Baş məşqçi: Antuan Kombuare

Hakimlər: Enea Yorqy, Denis Rexha, Ridiger Çokaj, Juxhin Xhaja (hamısı Albaniya). 
VAR hakimləri: Luka Payretto, Gyakomo Paqanessi (hər ikisi İtaliya). 
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: "Frayburq" - 3. "Nant" - 3. "Qarabağ" - 0. "Olimpiakos" - 0.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook