SON XƏBƏR

“Qafqaz” Universiteti bağlandığını elan etdi

İyul 20
13:00 2016
"Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat vermişdir.
 
Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra "Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaqdır.
 
Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook