SON XƏBƏR

Putinlə Ərdoğan Qarabağı müzakirə etdi

Yanvar 13
16:51 2021
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları aparıb.
 
Qaynarinfo xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya lideri Ərdoğana Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşün əsas nəticələri barədə məlumat verib.
 
İki lider, eyni zamanda peyvəndlərin birgə istehsalı və istifadəsi planlarının icrası da daxil olmaqla, koronavirus pandemiyası ilə mübarizə problemlərini müzakirə edib.
 
Telefon danışğında Qarabağdakı atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin yaradılması barədə məsələ də qaldırılıb.
 
Ərdoğan Putinlə söhbətində qarşılıqlı faydalı layihələrin təşviqi də daxil olmaqla, Qarabağ məsələsində Rusiya ilə koordinasiyanın lehinə fikir bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook