SON XƏBƏR

Putin və Makron Qarabağla bağlı konkret təşəbbüslə çıxış edəcəklər

May 04
13:06 2021
"Rusiya prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə istiqamətlənmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”.

Bunu mayın 3-də Fransanın Ermənistandakı səfiri Conatan Lakot "Armenpress” agentliyinə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, fransız lider hərbi əsirlərin qaytarılması və Qarabağ əhalisinə humanitar yardımın göstərilməsi üçün konkret irəliləyişin əldə edilməsini mütləq hesab edir. 

O bildirib ki, aprelin 26-da Makron ilə Putin arasında telefon danışığı olub: "Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”.

Səfir danışıqların bərpasının həmsədrlər üçün prioritet olduğunu da vurğulayıb. 

Diplomat müsahibə zamanı Bakıda açılan Hərbi Qənimətlər Parkı barədə də danışıb və "müharibənin teatrlaşdırılmış səhnələr üçün predmet olmadığını", bu dəqiqə münaqişənin həllinin prioritet olduğunu bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook