SON XƏBƏR

Putin: "İlham Əliyev bilməlidir ki, onun Rusiyada da dostları var" (VİDEO)

Dekabr 25
07:18 2021
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevə 60 illik yubileyində nələr arzu etdiyini dilə gətirib.

V.Putin bu barədə Prezidentin ad gününə həsr olunan "PREZİDENT. Təkrarsız diplomatiya” adlı sənədli filmdə danışıb.

"Rifah, firavanlıq... ölkəsinə, ilk növbədə ona görə ki, mən onu uzun illərdir tanıyıram. Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir. Odur ki, ilk növbədə ona həyat məqsədlərini, həyat münasibətlərini reallaşdırmaqda uğurlu olmasını arzulayıram.

Əlbəttə ki, rifah, sağlamlıq... Səhv etmirəmsə, Azərbaycan folklorunda belə bir atalar sözü, məsəl var: "Əsl dost əsrlər sonra da dostdur”. O bilməlidir ki, onun Rusiyada da dostları var. Ümid edirəm ki, o da bizə, Rusiyaya bu hisslərlə yanaşır. Ona hər şeyin ən yaxşısını arzulayıram və yubiley münasibətilə təbrik edirəm!”, - deyə Putin söyləyib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook