Professordan ölümdən sonrakı həyatla bağlı sensassiya: “İnsan heç vaxt ölmür...”
Avqust 04
21:14
2016
İnsan ölümündən sonra paralel dünyaya köçür.
Qlobal.az Cebhe.info-ya istinadən xəbər verir ki, bu iddia ilə Şimali Korolina Universitetinin tibbi məktəbinin professoru Robert Lans çıxış edib.
Lansın sözlərinə görə, biosentrizm nəzəriyyəsinə əsasən ölüm illuziyadır və insan öldükdən sonra paralel dünyaya köçür.
Tədiqatçı bildirib ki, insan ömrü çoxillik bitkiyə bənzəyir. O, həmişə qayıdır: "Bizim gördüyünmüz hər şey bizim düşüncəmizə əsasən mövcud olur. İnsanlar ona görə ölümə inanır ki, onları belə böyüdürlər, bunu onlara təlqin edirlər. Ölüm həyatın sonu demək deyil. Əksinə, paralel dünyaya keçiddir”.
Qeyd edək ki, fizika elmində sonsuzluq nəzəriyyəsi mövcuddur: "Baş verə biləcək hər şey hardasa baş verir, bu isə o deməkdir ki, ölüm prinsip olaraq mövcud deyil”.
Qlobal.az



