SON XƏBƏR

Prezidentin köməkçisi Bərdədə pul yığdırır?- ŞOK İDDİA

May 05
00:14 2016
Bərdə rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Rəşid Süleymanov yerli sahibkarlardan qeyri-qanuni olaraq şəhərin abadlığı üçün pul yığır.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, başçının tapşırığı ilə pul yığdığını deyən şöbə müdiri əslində vəsaitləri şəxsi məqsədləri üçün istifadə edir.

Bu barədə Bərdə rayonundan Qlobal.az-a daxil olan məlumatda bildirilir ki, icra başçısının şöbə müdiri Bərdə rayonunda fəaliyyət göstərən obyekt sahiblərindən obyektin dövriyyə həcmindən asılı olaraq 500 manatdan başlayaraq 3000 min manata qədər pul yığır. Rəşid Süleymanov obyekt sahiblərinə aldığı vəsaiti Bərdə rayonunun abadlaşdırılmasına istifadə olunacağını deyib. 

Məlumatda daha sonra vurğulanır ki, Bərdə RİH-nin memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rəşid Süleymanov rayonun Qazıqurdalı- Qaradəmirçi və Şirvanlı-Əliyanli istiqamətinə olan çixiş hissələrindəki yol kənarı obyektlərin sahiblərindən RİH-nin başçısının adından istifadə edərək qeyri-qanuni olaraq külli miqdarda vəsait almışdır. Xüsusən burada Əliyanlı və Qaradəmrçi kəndində magistral yolun kənarında  yeni tikilən obyektlər nəzərdə tutulur. Məktubda deyilir ki, Əliyanlı kəndinin girişində yeni tikilmiş obyektin birinin sahibindən Rəşid Süleymanov tərəfindən 5 min manat pul alınmışdır.
 
 
Bərdə rayonundan aldığımız son məlumata görə, rüşvət tələbindən bezən obyekt sahibləri Rəşid Süleymanova RİH-nin başçısı Vidadi İsayevə şikayət edəcəklərini deyərkən aldıqları cavab onlar üçün gözlənilməz olub. Obyekt sahiblərinə arxasında Tariyel Ağayevin dayandığını deyən Rəşid Süleymanov heç kimdən çəkinmədiyini deyib. Rəşid Süleymanovun hətta Tariyel Ağayevlə birlikdə keçmiş "Moskva" kolxozunun ərazisində 40 min kvadratmetrlik balıq gölü inşa etdirdiyi deyilir.
 

 
Redaksiyamıza yeni tikilən balıq gölünün fotoları da göndərilib.
 
Məsələylə bağlı Bərdə RİH-i ilə əlaqə saxlamaq istəsək də mövzu barədə danişmaq istəmədilər. Bərdə RİH-nin rəsmi saytından əldə olunan mobil nömrəsinə (0503757800) əməkdaşımızın etdiyi zəngə isə Rəşid Süleymanov "nə edirəm, yaxşı edirəm" deyib. Görünür, Tariyel Ağayev faktoru Rəşid Süleymanova bütün məsuliyyət hisslərini unutdurub.
 
Qeyd edək ki, əslən Bərdə rayonundan olan Tariyel Ağayev Ulu Öndər Heydər Əliyevin müstəqil respublikaya rəhbərlik etdiyi dövrdən indiyədək PA-da çalışır. 
 
Rəşid Süleymanovun Tariyel Ağayevin adından yaratdığı göl, həm də digər qanunsuz əməlləri barədə araşdırmamız davam edir.

Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook