SON XƏBƏR

Prezident: “Dünən internetdə Zəngilanın bir kəndindən video yayılıb, hamı gördü ki…”

Oktyabr 22
13:36 2020
"Biz bu illər ərzində beynəlxalq aləmə sübut edirdik və hesab edirəm, sübut edə bilmişik ki, biz haqlıyıq, biz işğala məruz qalmışıq. Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik”. 

Qlobal.az xəbər verir ki, bunu president İlham Əliyev Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçla görüşündə deyib.

Prezident bildirib ki, o şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. "Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizin binaları dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb. Bütün dam örtükləri, pəncərələr, əşyalar talan edilib.

Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook