SON XƏBƏR

Polşa Ukrayna ilə sərhəddə yeni silahlı dəstələr yaradır

İyul 22
01:04 2022
Polşanın müdafiə naziri Mariuş Blaşçak Ukrayna ilə sərhəddə yeni ərazi müdafiə briqadalarının yaradılmasını elan edib. Məlumata görə, briqadalardan biri paytaxtın, mühüm infrastrukturun mühafizəsi üzrə ixtisaslaşmalı, eləcə də şəhər ərazilərində döyüş əməliyyatları aparmalı olacaq.

Digər iki bölmə Polşa sərhədini qorumalı və sərhədçilərlə əməkdaşlıq etməlidir.

Bildirilib ki, hər briqadada yüngül piyada və komanda-qərargah batalyonları, həmçinin tibb, mühəndis və maddi-texniki təchizat bölmələri olacaq.

Qeyd edək ki, rəsmi Varşava artıq 15 ərazi müdafiə briqadası formalaşdırıb. Dəstələrin tərkibində 32 minə yaxın insan xidmət edir. (Mənbə: voennoedelo.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook