SON XƏBƏR

Polkovnik: “Öz itini gəzdirəndən sonra qonşuya vermək qadağandır” - Video

İyun 12
21:05 2020
"Binalarda yaşayan insanların ev heyvanları var. Xahiş edirik ki, insanlarımız onlara heyvanların küçəyə çıxarılması ilə bağlı yaradılmış imkandan sui-istifadə etməsinlər”.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. 

O bildirib ki, karantin günlərində bir nəfərin öz itini gəzdirdikdən sonra başqasına, qonşusuna verməsi qadağandır: "Yoxsa heyvanı bir- iki saat özü çıxarsın, sonra qonşusuna versin. Bu kimi hallar yaşanmamalıdır. Vəziyyətin ciddiliyi nəzərə alınaraq tələb edilən qaydalara əməl etmək lazımdır. Belə hallara ciddi nəzarət olunacaq”. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook