SON XƏBƏR

Peter Mixalko: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq son zamanlarda daha da intensivləşib

İyul 27
14:59 2022
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq son zamanlarda daha da intensivləşib. Ötən həftə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana səfər edib və Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu sözləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan ilə Aİ arasında münasibətlərdən bəhs edən Peter Mixalko xüsusilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib.

Peter Mixalko iyulun 27-də keçirilən Avropa Gənclər İlinə həsr olunmuş Avropa Bilik Yarışmasında Azərbaycanın müxtəlif bölgələrini təmsil edən istedadlı gənclərin iştirak etdiyini deyib. Qeyd edib ki, yarışda iştirak üçün 555 gənc müraciət edib, onlardan 66 nəfər müsabiqədən keçib. Bilik yarışmasına 14 komanda qatılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook