SON XƏBƏR

Peşə təhsil müəssisələrində oxuyanlara təqaüd veriləcək - SƏRƏNCAM

May 24
16:00 2022
Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.

Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

Qanunun 10.11-ci bəndinin əvvəlki variantı isə belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook