SON XƏBƏR

Patriarx Kirill koronavirusa qarşı xüsusi duaları təsdiqlədi

Mart 22
14:31 2020
Müqəddəs Sinod bütün din xadimlərini xəstəliyin aradan qaldırılması və buna qarşı mübarizə aparan həkimlərə güc diləyən xüsusi dualar etməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Moskva Patriarxlığının yaydığı məlumatda bildirib.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin qərarına əsasən, Rus Pravoslav Kilsəsinin 22 mart bazar günündən etibarən bütün kilsələrində xüsusi dualar oxunmağa başlayacaq. Bununla belə yeni duaların mətnləri də təsdiqlənib.

Slavyan-kilsə dilində yazılan Rəbbə müraciətdə "koronavirus" sözü qeyd edilməyib. Duada belə sətirlər var: "Rəbbimiz, Allahımız, qullarınla birlikdə divana getmə və bizi bizə qarşı dağıdıcı bəlalardan qoru".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook