SON XƏBƏR

Paşinyan tərəfdarlarının qarşısına çıxdı: "Çevriliş cəhdinin qarşısı alındı" (VİDEO)

Fevral 25
14:31 2021
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının önündə - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.

Qaynarinfo xəbər verir ki, o, hərbi çevriliş cəhdinin qarşısının alındığını açıqlayıb.

"Ermənistan ordusu mənə tabedir. Vəziyyət gərgindir, toqquşmalardan qaçmaq üçün razılığa gəlməliyik. Fikrimcə, hərbçilərin bəyanatı emosional reaksiya idi, vəziyyətə nəzarət edirik", - baş nazir bildirib.

Nikol Paşinyan meydana öz oğlu Aşot Paşinyanla çıxıb. O, Ermənistandan qaçmağı düşünmədiyini də əlavə edib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook