SON XƏBƏR

Orxan Məmmədov: KOBİA Qarabağda biznes qurmaq istəyənlərə lazımi dəstəyi göstərəcək

Dekabr 24
16:52 2021
Sahibkarlar Qarabağa qayıdışda və orada biznesin qurulmasında yüksək maraq göstərir, eləcə də öz fəaliyyət həcmlərini genişləndirmək istəyirlər.

"Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün sahibkarlar müvafiq torpaq sahələrinin və ya obyektlərin ayrılmasına, fəaliyyətə başlamaq üçün sənədləşdirmə işlərinə, yerində monitorinq və ərazini qiymətləndirmək üçün səfər planlamasına dəstək gözləyirlər:

"İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət KOB subyektlərinə bir sıra əhəmiyyətli imtiyazlar verməklə yanaşı, həm də bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində mühüm biznes layihələrin icrasına şərait yaradacaq. KOBİA olaraq, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətləri göstərilməsini böyük məmnuniyyətlə həyata keçirəcəyik.

Əminəm ki, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərin iqtisadi canlanması ölkə iqtisadiyyatının daha da böyüməsinə təkan verəcək və biz bunun yaxın zamanda şahidi olacağıq”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook