SON XƏBƏR

“Onlar əmin oldular ki, Krımı tərk etməlidirlər” - "1 milyondan çox Rusiya vətəndaşı panika içindədir”

Avqust 19
15:46 2022
"İşğal illəri ərzində Krıma köçürülən bir milyondan artıq Rusiya vətəndaşı panika içindədir”.

"AzPolitika.info” xəbər verir ki, bunu Krım Tatarları Xalq Məclisinin sədri Refat Çubarov Ukrayna mətbuatına açıqlamasında bildirib.

Çubarov deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Krımdakı Rusiya hərbi qüvvələrinə endirdiyi zərbələr daha çox Rusiyadan buraya köçürülənləri ciddi narahat edir. Ukraynanın tərəfində olan yerli sakinlər isə əksinə, bu zərbələrə sevinirlər: "Krımda sayı bir milyondan artıq olan və oraya sonradan köçürülən Rusiya vətəndaşı var. Bunlar hərbçilərin, cəza strukturlarında çalışanların ailə üzvləri və digərləridir. Artıq onların arasında panika var. Onlar artıq əmin olurlar ki, Krımı tərk etməli olacaqlar. Çünki bura başqalarının torpağıdır”.

Çubarov bildirib ki, ukraynalıların işğalçı orduya münasibətini yaxşı bilən Rusiya rəhbərliyi Krımla Ukraynanın yeni işğal olunan Xerson vilayəti arasında postlar qurub və Ukrayna pasportu daşıyan şəxsləri Krıma buraxmır. Rusiya rəhbərliyində hesab edirlər ki, Krıma keçən ukraynalıların burada diversiya aktları törətməsi ehtimalı yüksəkdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook