SON XƏBƏR

Nursultan Nazarbayev videomüraciət yaydı: “İstirahət edirəm” VİDEO

Yanvar 18
15:58 2022
Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxıb.

"Report” xəbər verir ki, keçmiş dövlət başçısı rəsmi yutub kanalında videomüraciət yayımlayıb.

"2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - Nursultan Nazarbayev vurğulayıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook