SON XƏBƏR

"Neftçi"nin kapitanı: "Qorxmaq lazım deyil"

İyul 15
02:16 2021
"Oyun çətin oldu. Amma biz tam hazır deyilik. Komandaya bir müddət vaxt lazım idi ki, özümüzə gələk. Düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi aqressiv çıxış etdiklərini bildirib: "Qol epizodlarımız da oldu. Yaratdığımız fürsətlərdən istifadə edə bilmədik. Yaxşı ki, penalti əlimizə düşdü. Rəqib də yaxşı oynadı və bizi bir az sıxdı. Matç ərzində heç nədən çox top itirirdik".

Təcrübəli futbolçu II təsnifat mərhələsində qarşılaşacaqları Yunanıstan "Olimpiakos"u ilə görüşlər haqqında bunları söyləyib: "Oyunlara çıxıb əlimizdən gələni edəcəyik. Rəqibin kim olmasının fərqi yoxdur. Qorxmaq lazım deyil. Maksimum dərəcədə vuruşacağıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook