SON XƏBƏR

Nazirə məxsus olduğu deyilən şirkət məhkəməyə müraciət etdi - Pul davası

Aprel 10
02:47 2022
Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Qala Sığorta” ASC "AsTexnoservis” MMC-ni məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. İşin mahiyyəti isə sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

"AS Texnoservis” MMC 30 avqust 2012-ci ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Elmar Subar oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi hər hansı məlumat yoxdur.

"Qala Sığorta”ya gəlincə, ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 8 944 447 AZN-dir. 

ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.

Mediada gedən məlumatlara görə, "Qala Sığorta”nın əsl sahibi Maliyyə naziri Samir Şərifovdur. 

Məlumatlarda deyilir ki, "Qala Sığorta” Azərbaycanın ilk sığorta şirkəti olan "AzReTəkrarsığorta” ASC-nın səhmləri əsasında fəaliyyət göstərir. 

2007-ci ildə yaradılan "AzReTəkrarsığorta” həmin il "Qarant sığorta” ilə bərabər lisenziya alıb. 

Maliyyə Nazirliyinin 6 dekabr 2007-ci il tarixli qərarı ilə fəaliyyətə başlayan "AzRe Təkrarsığorta” 8 ildən sonra bütün səhmlərini "Qala Sığorta”ya satıb. 

"AzReTəkrarsığorta”nın da Samir Şərifova məxsus olduğu deyilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook