SON XƏBƏR

NATO-nun baş katibi Moskvaya daha bir xəbərdarlıq etdi

May 09
10:48 2022
NATO Rusiya ilə müharibədə Ukraynaya böyük dəstək verir. Bununla belə, Alyans dünya münaqişəsinin qarşısını almaq üçün tərəf tutmayacaq. Eyni zamanda, NATO şərq cinahının hərbi müdafiəsini artırır. DİA.AZ lent.az-a istinadla bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Welt am Sonntag” nəşrinə bildirib.

"NATO hər zaman böyük müharibəyə hazır olmalıdır. Alyansın vəzifəsi qlobal münaqişənin qarşısını almaq üçün riskləri mümkün qədər minimuma endirməkdir. Bununla belə, NATO Rusiya və Ukrayna arasında müharibədə iştirak etməyəcək”, - Yens Stoltenberq bildirib

Baş katib deyib ki, Ukraynadakı müharibənin başqa ölkələrə keçməməsi üçün hər şeyi etmək lazımdır: "Ona görə də biz NATO qoşunlarını Ukraynaya göndərmirik. Biz ölkəni kütləvi şəkildə dəstəkləyirik, lakin NATO şüurlu şəkildə müharibənin bir hissəsi deyil”.

Eyni zamanda, onun sözlərinə görə, NATO şərq cinahında hərbi müdafiəni gücləndirir.

"Anlaşılmazlıqlara və ya səhv hesablamalara yer qoymuruq. Moskva başa düşməlidir: NATO ölkəsinə hücum 30 üzv dövlətin hamısına hücum olacaq”, - Stoltenderq vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook