SON XƏBƏR

NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

Sentyabr 28
11:35 2021
NATO-nun beş gəmisi Gürcüstanın ərazi sularına daxil olub.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Sərhəd Polisindən bildirilib.

Bölmənin tərkibinə İspaniya (flaqman), İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyənin hərbi gəmiləri daxildir.

Batumi limanında yerləşən gəmilərin iştirakı ilə Qara dənizdə Gürcüstanın Sərhəd Mühafizəsi Xidməti ilə birgə təlimlər keçiriləcək. Məqsəd Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılması, Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook