SON XƏBƏR

Musiqi məktəblərinə işə qəbulun imtahanla keçirilməsi müzakirə edilir

Yanvar 28
12:09 2022
Musiqi məktəblərinə işə qəbul prosesinin imtahan yolu ilə keçirilməsi müzakirə edilir.
 
Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib", - qurumdan vurğulanıb.
 
Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında musiqi məktəblərinə işə qəbul prosesinin imtahan yolu ilə keçirilməsinə başlanılacağını söyləmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook