Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək
Oktyabr 19
11:20
2021
Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək. "Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşdə baş nazir müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Armen Gevondyan iştirak edəcəklər.
Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işi müvəqqəti olaraq dayandırılmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.