Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlandı
May 29
15:28
2020
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib.
Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınaraq təqdim olunan, hər biri müasir yaşayış şəraitinə malik mənzillərin 30-u şəhid ailələrinə, 70-i Qarabağ müharibəsi əlillərinə verilib.
2020-ci ildə həmin kateqoriyalara aid vətəndaşlara 1 500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonuna 9 100-ə çatacaq.