SON XƏBƏR

“Məktəblilərin fiziki-psixoloji zorakılıqdan və kiberbullinqdən müdafiəsi” layihəsi keçirilib - Beyləqanda

Sentyabr 23
16:16 2022
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "Məktəblilərin fiziki- zorakılıqdan və kiberbullinqdən müdafiəsi” layihəsinin təqdimatı keçirilib.

19 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə yardımı ilə həata keçirilən VI qrant müsabiqəsinin qalibi olan "Məktəblilərin fiziki-psixoloji zorakılıqdan və kiberbullinqdən müdafiəsi” layihəsinin Beyləqan rayonu "Gənclər Evi”ndə təqdimatı və ilk seminarı keçirilib. Tədbirdə layihənin işçi qrupu, Mil-Muğan Regional Təhsil İdarəsi, Beyləqan sektorunun nümayəndələri ,”Gənclər Evi”-nin təlimatçıları,UYİM-in direktoru,məktəb psixoloqları,uşaq birliyi rəhbərləri və valideynlər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xəlil Süleymanov layihənin məqsəd-vəzifələri və gələcəkdə fəaliyyəti barədə geniş məlumat verdi. Daha
sonra "Məktəbdə şagirdlər arasında yaranan zorakılıq " mövzusunda seminar iştirakçıları psixoloqlar,uşaq birliyi rəhbərləri və valideynlər müzakirələrə qoşuldular.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook