SON XƏBƏR
  • Gürcüstan buğda və arpa ixracına qadağa qoyubBu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub. "Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq...
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubİyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçida..
  • Yaponiya Rusiyadan qaz almağa davam edəcəkYaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq. "Report” xəbər verir ki, bu barədə "Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines..
  • Tramp qayıdırRespublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir. Məlumata görə, bu barədə bəy..
  • İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcəkİsveçrənin cənubundakı Luqanoda Ukrayna ilə bağlı bazar ertəsi açılacaq konfrans öncəsi hazırlıqlar gedir. Onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri ölkənin müharibədən sonrakı bərpası..
  • Rusiya Xəzər dənizinə 11 milyon kütüm buraxıbRusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə "Report” "TASS”a istinadən xəbər veirr. Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib..
  • Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıbÇimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Qlobal.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələ..
  • “Universal Pictures” Rusiyanı tərk edir​"Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək. Bu barədə "Bulletin of the Film Distributor” portalına məlumat verilib. Nəşr şirkətdəki mənbəyə istinadən qe..
  • Natəvan Quliyeva Latviyada konsertlə çıxış edibAzərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepayadakı Müqəddəs Üçlük Kafedralında ölkəmizin istedadlı orqan ifaçısı Natəvan Quliyevanın konserti keçirilib. Natəvan Quliyeva görkəmli bəst..
  • İstanbulda meşələrə giriş qadağan edilibTürkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan edilib. "Report” xəbər verir ki, bu barədə İstanbul Valisi Ali Yerlikaya məlumat verib.   Qeyd olunub k..

Mehdiyevin vəzifəsini icra edən akademik Xoşqədəmin eksperti olub

Fevral 21
12:59 2022
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. O, bu vəzifədə istefa ərizəsi qəbul olunan Ramiz Mehdiyevi əvəzləyib.

Yenisabah.az xəbər verir ki, akademik Arif Həşimovun 73 yaşı var. O, ixtisasca fizikdir. 31 yaşında elmlər namizədi, 44 yaşında elmlər doktoru olub. 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilən Həşimov 2009-cu ilə qədər bu vəzifəni icra edib. 

Arif Həşimov cəmiyyətə və mətbuata açıq şəxs kimi tanınır. O, vaxtaşırı KİV-ə müxtəlif mövzularda rəy bildirir.

Qocaman akademikin yolu bir müddət televerilişlərdən keçib. O, bir müddət elmi-maarifləndirici proqramlarla yanaşı, sosial problemlərin də müzakirə olunduğu verilişlərdə görünüb. Arif Həşimov 2013-2014-cü illərdə tanınmış telejurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişinin eksperti olub. O. həmin vaxt ATV-də yayınlanan və ölkənin ən reytinqli televiziya proqramı sayılan bu verilişdə, sosial məsələlər, o cümlədən, məişət zorakılığı, boşanma, abort kimi mövzularda obyektiv rəylər verib. Arif Həşimovun qərəzsiz və obyektiv mövqeyi həmişə tamaşaçılar tərəfindın rəğbətlə qəbul olunub.

"Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının o vaxtkı rəhbəri, AMEA-ya qeyri-rəsmi nəzarət edən akademik Ramiz Mehdiyev Həşimovun bu fəaliyyətindən bərk hiddətlənib və onun efirdən uzaqlaşması üçün Akademiya rəhbərliyinə göstəriş verib. Ramiz Mehdiyevin təzyiqi ilə efir məkanına və KİV-ə "əlvida” deyən Arif Həşimov uzun müddət "kölgəyə” çəkilməli olub.

Həşimovun "cəzası” bununla da bitməyib. O, həmin vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru postuna ən real namizəd sayılsa da, Mehdiyev və tərəfdarları onun barəsində "şou adamı” imici yaratdıqları üçün bu təyinat baş tutmayıb. 

Sonda qeyd edək ki, Arif Həşimov AMEA-nın prezidenti postuna ən real namizədlərdən biri sayılır. "Mehdiyev maneəsi” ortadan qalxdığı üçün bu təyinatın baş tutmaq ehtimalı xeyli güclüdür.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook