SON XƏBƏR

Mason emblemli malikanəsi olan generel təşvişdə - FOTOLAR

İyun 24
11:36 2022
Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsində əməliyyat keçirməsi bu qurumun rəhbərliyində ciddi narahatlıq yaradıb. İllərlə strukturda topladıqları milyonlarla vəsait hesabına özlərinə dəbdəbəli villalalar, obyektlər tikdirən gömrük məmurları hər an qapılarının döyüləcəyi qorxusu ilə yaşayırlar. 
 
Qlobal.az xəbər verir ki, DTX-nin Gömrük Komitəsində əməliyyatından ciddi narahatlıq keçirənlərdən biri də Komitə sədrinin müavini Əsgər Abdullayevdir. 
 
Gömrük Komitəsində 1996-cı ildən İdarə rəisi, 2006-cı ildən isə sədr müavini vəzifəsində çalışan Əsgər Abdullayev Komitəninin "boz kardinal"larından hesab edilir. 
 
Əsgər Abdullayev bir müddət öncə Şağan qəsəbəsində inşa etdirdiyi on milyonluq malikanəsi ilə gündəmə gəlmişdi. 
 
Ümumi sahəsi 4200 kvadrat metr olan malikanənin 3-5 mərtəbədən ibarət olduğu, burada işlənən materialların xaricdən gətirildiyi deyilirdi. 
 
Maraqlı məqam isə Komitə sədrinin müavinin inşa etdirdiyi malikanadə mason emblemlərinin olması idi. 
 
Qeyd edək ki, o zaman medida yazılan bu məlumatı Gömrük Komitəsi təkzib etməmişdi. 
 
Xatırladaq ki, 2 gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılmışdı. General Xəlilov 200 min manatdan artıq məbləğdə rüşvət almaqda və bir sıra digər cinayətlər törətməkdə ittiham olunur.

Ehtiram Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook