SON XƏBƏR

Lavrov və Mirzoyan Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını müzakirə edib

Avqust 02
17:10 2022
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, rəsmi İrəvan və Bakı arasında münasibətlərin normallaşması, həmçinin, Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmaların icrası müzakirə olunub.

"Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in saytında dərc olunub.
Məlumatda bildirilib ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının yerinə yetirilməsinin gedişatını nəzərdən keçirib.

"Onların Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə fəaliyyətin başlanması baxımından hərtərəfli effektiv icrasına sadiqlik vurğulanıb”, - Rusiya XİN-in məlumatında deyilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook