Latviyadakı səfir vəzifəsindən çıxarıldı
Yanvar 27
19:24
2016
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov tutduğu vəzifədən geri çağırılıb. Bununla bağlı yanvarın 27-də ölkə başçısı İlham Əliyev sərəncam verib. Sərəncamda qeyd olunur ki, Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılır.
Xatırladaq ki, Elman Zeynalovun adı bir müddət əvvəl Latviyada rüşvət olayında hallanmışdı. Belə məlumat yayılmışdı ki, səfirin həyat yoldaşı imtahansız sürücülük vəsiqəsi almaq üçün Latviyanın müvafiq strukturuna rüşvət təklif edib, buna görədə antikorrupsiya bürosu onu saxlayıb, lakin sonradan sərbəst buraxsa da, haqqında araşdırmalara başlayıb.
Səfir və ailəsi isə rüşvət təklifi iddiasını inkar edərək, Latviya polisinə sadəcə hədiyyə vermək istədiklərini deyirdilər.



