SON XƏBƏR

Kreml Ukrayna ərazilərinin rəsmi “birləşməsi”nə tələsməmək qərarına gəldi

Sentyabr 29
10:41 2022
Kreml rusiyalıları qəzəbləndirməmək üçün zəbt və işğal etdiyi Ukrayna ərazilərinin rəsmi olaraq "birləşməsinə” tələsməmək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələrə istinadən "Meduza” məlumat yayıb.
.
"Meduza” qeyd edir ki, Rusiya Dövlət Duması təcili olaraq "birləşmə haqqında layihələrə” baxmağı planlaşdırsa da, sonradan Federasiya Şurasının spikeri Valentina Matviyenko növbədənkənar iclasın keçirilməyəcəyini, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə bununla bağlı iclasların oktyabrın 3 və 4-də keçiriləcəyini bildirib.

Nəşrin mənbələri iddia edir ki, Kreml səfərbərliyə görə "bundan PR effekti demək olar ki, sıfıra bərabər olacaq” deyə "işləri tələsdirməmək” qərarına gəlib. Onlar bildiriblər ki, "onsuz da hər şey "birləşdiriləcək”, lakin tələsmədən”. "Meduza”nın həmsöhbətləri bildiriblər ki, Kreml, təbliğat mediasının səylərinə baxmayaraq, rusiyalıları "bu ərazilərin Rusiyaya ehtiyacı olduğuna” inandıra bilmədiyini başa düşür.

"Putin hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə danışacaq heç nə yoxdur – o, Qərbdən idarə olunur. Kremldə Krımı, DXR və LXR ərazilərini faktiki sərhədlər daxilində Rusiyaya verməyi təklif edə bilərlər. Xerson və Zaporojye vilayətləri Rusiya tərəfindən tanınan, ərazisində Rusiya qoşunlarının yerləşdiyi ayrıca dövlətlərə çevrilə bilər. Bu Rusiya hakimiyyəti üçün  məqbul senaridir”, - "Meduza” həmsöhbətlərindən biri ehtimal edib. 

Nəşrin mənbələrinin məlumatına görə, Rusiyanın sistem partiyaları, xüsusən də "Vahid Rusiya” ilhaq etməyi planlaşdırılan ərazilərdə artıq "filiallar” açmağa hazırlaşır. Kreml L/DXR liderləri, marionetlər Leonid Paseçnik və Denis Puşilinin istefasını da nəzərdən keçirir. Meduza yazır ki, onları senator təyin etmək və onların "vəzifələrini” Rusiya rəsmilərinə təhvil vermək versiyaları da var.

Lakin indi Kreml üçün əsas problem rusiyalıların səfərbərlikdən narazılığıdır. "Meduza”nın Prezident Administrasiyasına yaxın həmsöhbətlərinin sözlərinə görə, Kremlin göstərişi ilə Rusiyada artıq bu mövzuda qapalı rəy sorğusu keçirilib, onun nəticələri hakimiyyət orqanlarının xoşuna gəlməyib (mənbələr dəqiq rəqəmlər verməyib). Mənbələrdən biri izah edir ki, bu, "bütün rusiyalıları silkələyib”.

Eyni zamanda, "Meduza”nın Kremlə yaxın həmsöhbətləri vurğulayıblar ki, hakimiyyət hələ də narazılığı aradan qaldırmağa ümid edir. Xüsusilə, bunun üçün adi vasitələrdən - təbliğatçıların çıxışlarından istifadə etməyi gözləyirlər. Digər üsullara vətəndaşların qeyri-qanuni hərbi xidmətə çağırılması məsələlərinə açıq şəkildə araşdırılması və onların evlərinə qaytarılması, habelə hərbi komissarların cəzalandırılması daxildir.

Nəşrin mənbələrindən biri onu da iddia edir ki, Kreml, görünür, səfərbərlik yaşında olan kişilər üçün sərhədləri bağlamaq fikrindən daşınıb: "Onlar gedənlərin axınını lazımi səviyyədə qiymətləndirməyiblər. İndi sərhədləri bağlamaq çox çətindir... Ən populyar keçid məntəqələrində növbələr yaranıb. Sərhəd bağlanarsa, minlərlə təhlükəsizlik qüvvələrinə ehtiyac yaranacaq: məyus insanlar sərhədi keçməyə cəhd edə bilər. İndi isə o qədər də əlavə təhlükəsizlik qüvvələri yoxdur”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook