SON XƏBƏR

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlər necə sərf olunacaq?

Mart 26
11:58 2020
"Fonda toplanan vəsaitlər aztəminatlı ailələrə ayrılmalı və eyni zamanda işgüzar fəallığın artırılmasına yönəldilməlidir”.

Prezident İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanına əsasən, ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. İndiyədək Fonda 80 milyon 335 min 606 manat daxil olub. Maraqlıdır, Fondda toplanan vəsaitdən hansı formada istifadə edilməsi daha məqsədəuyğundur?

Bu barədə Yenicag.az-a danışan İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, ölkədə xüsusi rejimin tətbiqi işsizliklə bağlı ciddi problemləri ön plana çıxarır:

"Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlə bağlı dövlət tərəfindən ciddi tədbirlər planı hazırlanmalıdır. Bu tədbirlər planında aztəminatlı ailələrə dəstək verilməsi və işgüzar fəallığın qorunmasına istiqamətlənən addımların atılması prioritet kimi qəbul olunmalıdır.

Koronavirusla bağlı ölkədə işgüzar fəallıq kəskin şəkildə zəifləyir və ticarət şəbəkəsində böyük rəqəmlərlə ifadə olunacaq azalmalar gözlənilir. Belə olan halda dövlətin ciddi dəstəyinə ehtiyac var. Dövlətin bütövlükdə iqtisadiyyatda iştirakı artırılmalı və yeni sahələrin formalaşmasına texniki və maliyyə dəstəyi verilməlidir”.

Elşad Məmmədova görə, sözügedən istiqamətlərin inkişafı üçün ayrılmış 1 milyard manatın artırılacağı gözlənilir:

"Özəl sektorda ayrı-ayrı fiziki şəxslərin də Fonda vəsait keçirməsinə baxmayaraq, daha dayanıqlı dəstək dövlət tərəfindən olmalıdır. Bu vəsait müavinətlərin birbaşa əhaliyə verilməsi ilə yanaşı, işsizlik probleminin aradan qaldırılmasına da əhəmiyyətli təsir göstərə bilər. Hadisələrin gedişatından asılı olaraq, vəsaitlərin həcmi artırıla bilər”.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook